
Tanınmış futbolçu Avropaya qayıtmaq istəyir
“Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo gələcəkdə yenidən Avropada oynamaq niyyətində olduğunu etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Əlbəttə ki, yenidən Avropada oynamaq arzusundayam. “Əl-Hilal”la müqaviləmin bitməsinə daha bir il qalıb, amma həmişə yeni macəralara açığam”.
Portuqaliyalı futbolçu 2024-cü ilin yayında “Mançester Siti”dən “Əl-Hilal”a keçib. O, bu mövsüm Səudiyyə Ərəbistanı klubunda 4 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



