“Yenidən 1/4 finala yüksəlmək böyük sevincdir” – Qasperini
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasının 1/8 final mərhələsinin “Sportinq”lə cavab oyununda (2:1) qazandıqları qələbəni şərh edib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı məşqçi çətin oyunlar seriyasını uğurla başa vurduqlarını bildirib:
“Komanda, bütün azarkeşlər üçün yenidən 1/4 finala yüksəlmək böyük sevincdir. Portuqaliya komandasına qarşı oynamaq çətin idi. Biz hesabda geridə idik, amma futbolçularım həqiqətən yaxşı iş gördü. Biz şadıq.
İkinci hissəni əla keçirdik, amma sonda bir qədər yorğunluq var idi. Bu, gələcəkdə bizə yalnız kömək edəcək. Çətin oyunlar seriyasını uğurla başa vurduq. Komandanın xidmətləri daha da artıb”.
“Atalanta” Avropa liqasının 1/4 final mərhələsində “Liverpul”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin