“Yenidən İngiltərəyə qayıtdığım üçün xoşbəxtəm” – Runi
Ueyn Runi “Birmingem”də baş məşqçi olmaq üçün “DC Yunayted”dən ayrılmaq qərarını açıqlayıb.
Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssis yenidən İngiltərəyə məşqçi kimi qayıtmağı səbirsizliklə gözlədiyini bildirib:
“Aydındır ki, mən təcrübə və məşqçi kimi daha da inkişaf etmək üçün ABŞ-yə getmişdim, lakin “Birmingem”ə qoşulmaq fürsəti yarananda çox həyəcanlandım. Yenidən İngiltərədə məşqçilik edəcəyim üçün həyəcanlı və xoşbəxt idim, bunu səbirsizliklə gözləyirəm. “Birmingem” böyük klubdur və mən komandanın necə irəliləmək istədiyini başa düşürəm. Bu, futbolda iz buraxa biləcək böyük bir hekayədir. Mən bu futbol klubuna uğur gətirmək cəhdlərinin bir hissəsi olmaq istəyirəm”.
“Birmingem” Çempionşipdə çıxış edir. Komanda hazırda 11 oyundan 18 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin