Yeni Zelandiya klubu dünya çempionatından imtina etdi
Yeni Zelandiyanın “Oklend Siti” klubu klublararası dünya çempionatında iştirakdan imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Buna ölkə rəhbərliyinin koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərini sərtləşdirməsi səbəb olub.
“Oklend Siti”nin turnirdən imtina etməsi nəticəsində Qətərin “Əl-Duhail” komandası birbaşa yarışın ikinci mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı 1 – 11 fevralda Qətərdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin