
“Roma”nın yeni transferi azarkeşlərə müraciət etdi
“Roma”nın yeni futbolçusu Artem Dovbik mövsümə uğursuz startdan sonra klubun azarkeşlərinə müraciət edib.
Komanda.az “Forza Roma”-ya istinadən xəbər verir ki, ukraynalı forvard bir qrup azarkeşlə şam yeməyinə qatılıb:
“Hamınızı görməyə şadam. Dəstək üçün təşəkkür edirik. İndi komanda ən yaxşı dövrünü keçirmir. Ancaq yenə də, birlikdə yaxşı vaxt keçirəcəyik”.
Paytaxt klubu 4 turdan sonra A Seriyasının turnir cədvəlində 16-cı yerdədir. “Roma” növbəti oyununda “Udineze” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin