Yeni transferi “Qarabağ”la məşqlərə başladı

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bir günlük istirahətdən sonra məşqlərini bərpa edib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “köhlən atlar” günü iki məşqlə başa vurub. Günün ilk məşqi yerli vaxtla saat 11:00-da (Bakı vaxtıyla 13:00) start götürüb və təxminən 90 dəqiqə davam edib. Bu məşqdə futbolçular fiziki təmrinləri yerinə yetirib. Hazırlıq topu çalışmalarla başa çatıb.

Günün ikinci çalışmasına “Qarabağ” “kvadrat”la başlayıb. Daha sonra taktiki çalışmaları yerinə yetirən futbolçular ikitərəfli oyunla məşqi başa vurub.

Yeni transfer Xayme Romero da komandayla məşqlərə qoşulub.

“Qarabağ” bu gün Avstriyada “Universitatya Krayova” (Rumıniya) klubu ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button