Yeni transferdə koronavirus aşkarlandı

İtaliyanın “Spetsiya” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu yay transfer edilmiş yeni oyunçulardan birinin koronavirus testi müsbət nəticə verib. Bu üzdən də adı çəkilməyən həmin futbolçu karantinə alınıb. O, tam sağaldıqdan sonra komanda ilə məşqlərə başlaya biləcək.

Qeyd edək ki, “Spetsiya” bu yay doqquz futbolçu transfer edib. Sözügedən komanda növbəti mövsümdən A Seriyasında mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button