“Yeni transfer düşünmürük” – Ayxan Abbasov
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, 40 yaşlı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Çoxdandır ki, qələbə qazanmırdıq. Bəzi oyunlarda uduzmuşduq. “Keşlə”ni tanıyırıq. Bilirdik ki, rəqib üstümüzə gələcək, amma sonunu gətirə bilmədik. İlk 3 tur ağır keçəcək. Sonadək mübarizə aparacağıq.
Komandalar arasındakı xal fərqi azdır. “Neftçi” və “Qarabağ”ı çıxmaq şərti ilə, hansısa komandanı favorit adlandırmaq çətindir. Növbəti turda “Səbail”lə matç çətin olacaq”.
Abbasov ikinci hissədə zəif oynamalarını bu cür əsaslandırıb: “Keşlə” hücuma atıldı, Vüqar Mustafayevi arxaya çəkdik. Rəhim Sadıxov xəstəliyi ağır keçirmişdi. Formasından uzaq qalıb. Rəqibin də təhlükəli epizodları oldu, biz də mübarizə apardıq və düzgün müdafiə olunduq”.
Baş məşqçi deyib ki, transferlərə böyük pullar vermirlər: “Kərəm Sultanov pis futbolçu deyil. O ağır zədə keçirib və əməliyyat olunub. Biz də risk etdik, avrokubokda çıxış edəcəkdik, ona görə heyətimizə qatdıq. Ona uğurlar arzulayıram. Bizdə cinahda böyük problemlər var. Mehdi Şərifini qaytarmışıq. Bu gün zədə səbəbindən ona şans verə bilmədim. Növbəti oyunda iştirak edə bilər. Höccət Haqverdi də bəyəndiyim oyunçudur. Hazırda transfer düşünmürük. Çempionata köklənmişik”.
Bizi Facebook-da izləyin