“Mançester Siti”nin yeni transferi özünə forma nömrəsi seçib

“Mançester Siti”yə yeni gələn Niko Qonsales özünə forma nömrəsi seçib.

Komanda.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi 14 nömrəli forma altında çıxış edəcək.

Qonsales “Mançester Siti”yə keçməmişdən əvvəl “Portu”da çıxış edib. O, İngiltərə klubu ilə 2029-cu ilin ortalarına kimi olan müqavilə imzalayıb.

İspaniyalı futbolçu “Barselona”nın yetirməsidir. O, əsas komandada 37 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button