
Yeni transfer “Arsenal”ın məşqçilərini heyran edib
“Arsenal”ın yeni transferi Ebereçi Eze komandanın məşqçilər heyətində xoş təəssürat yaradıb.
Komanda.az “SunSport”-a istinadən xəbər verir ki, bir müddət əvvəl “topçular”a qoşulan ingiltərəli yarımmüdafiəçi əsas məşq bitdikdən sonra əlavə məşqlərdə də iştirak edir.
Uşaqlıqdan “Arsenal” azarkeşi olan Eze, çox güman ki, bu həftəsonu komandada debüt edəcək. O, bu yay “Kristal Pelas”dan “Arsenal”a keçərək, 4 illik müqavilə imzalayıb.
Mikel Artetanın komandası avqustun 31-də, ölkə çempionatının 3-cü turunda səfərdə “Liverpul”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



