Yeni transfer 2 aylığa sıradan çıxıb
“Mançester Yunayted”in yeni futbolçusu Leni Yoro “Arsenal”la yoxlama görüşündə zədələnib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu iki aya yaxın yaşıl meydanlardan uzaq qala bilər.
“Mançester Yunayted” Yoronu “Lill”dən böyük məbləğdə pul ödəməklə transfer edib. Belə ki, “qırmızı şeytanlar” onun keçidini 62 milyon avroya həll edib, 8 milyon isə bonus ödənişləri kimi qeydə alınıb.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının yeni mövsümünə “Fulhem”lə ev oyunu ilə başlayacaq. Oyun avqustun 16-da, “Old Trafford”da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin