Ferqyuson: “Yeni tarixin yazılacağı yeni ev tikməliyik”

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson İngiltərə klubunun “Old Trafford”un yerinə yeni stadion tikməyi planlaşdırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Mançester Yunayted” həmişə meydanda və meydandan kənarda etdiyimiz hər şeydə ən yaxşısı olmağa çalışmalıdır və bura oynadığımız stadion da daxildir. “Old Trafford” şəxsən mənim üçün çox xüsusi xatirələrə malikdir. Amma biz cəsarətli olmalı və bu fürsətdən istifadə edərək, gələcəyə uyğun, yeni tarixin yazılacağı yeni ev tikməliyik”.

“Qırmızı şeytanlar”ın yeni arenası 100 min tamaşaçı tutacaq.

Aleks Ferqyuson futbol tarixinin ən uğurlu məşqçilərindən biridir. O, 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub və 13 dəfə Premyer Liqa, 5 dəfə İngiltərə kuboku, 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button