“Yeni tarix yazmağın vaxtı gəldi” – “Qarabağ”ın yeni transferi

“Qarabağ”ın yeni transferi Julio Romao social şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, “Santa Klara”dan “Qarabağ”a transfer olunan braziliyalı yarımmüdafiəçi bunları yazıb:

“Tanrım, bu zəfərə görə Sənə təşəkkür edirəm. Çünki Sənin köməyin və dəstəyin olmasaydı, heç vaxt buna nail ola bilməzdim.

Yeni hədəflərə çatmağın və yeni tarix yazmağın vaxtı gəldi. Başımı dik tutmuşam, müvəffəqiyyətlə ayrılıram. “Santa Klara”nın bütün oyunçularına, məşqçi heyətinə, rəhbərliyinə və azarkeşlərinə təşəkkür edirəm. Siz həmişə mənim yaddaşımda və ürəyimdə olacaqsız”.

Romao “Qarabağ”la 4 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button