Yeni təklif göndərəcəklər
“Bayern” yayda “Tottenhem”in hücumçusu Harri Keyn üçün yeni təklif göndərəcək.
Komanda.az “The Independent”-ə istinadən xəbər verir ki, mərkəz hücumçusu axtarışlarını davam etdirən Münhen təmsilçisi ingiltərəli oyunçunu heyətində görmək istəyir.
Onun “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. London təmsilçisi Keyni İngiltərə klublarına satmaq istəmir.
Harri Keyn 2011-ci ildən “Tottenhem”də çıxış edir. O, cari mövsümdə İngiltərə çempionatında 23 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin