Yeni sponsor “Qəbələ” ilə müqaviləni hansı halda ləğv edə bilər? – Müsahibə

Bu gün “Qəbələ” İdman Klubunun mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, konfransda klubun yeni baş sponsoru “Jalə”nin marketinq direktoru Amid Səfərov fikirlərini bildirib:

– Müqavilə müddəti nə qədərdir?

– 1,5 illikdir.

– Müqavilənin artırılması üçün nə olmalıdır?

– Əsas şərtlərdən biri kommersiya ilə yanaşı, Azərbaycan idmanına dəstəkdir. Bu, 51 faiz təşkil edir. Kommersiya məqsədi isə brendin ölkədə tanıdılmasıdır.

– “Ağsu”nun sponsoru sizin rəqiblərinizdən olan “Vitamin”dir. Bir şirkətin bu duruma düşməsi sizi necə qayğılandırır?

– Biz “Qəbələ”nin keçmişinə bələdik. Bu klubun Azərbaycan idmanında rolunu bilirik. Heç bir qayğımız yoxdur.

– Hansı halda müqavilə ləğv oluna bilər?

– Bu büdcə bizim satışlarımıza uyğun olaraq ayrılır. Büdcə satılan məhsuldan formalaşan bir şeydir. Satışımız davam etdiyi müddətdə heç bir problem yoxdur.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button