Yeni sponsor gəlir, adını dəyişir – La Liqa
İspaniya La Liqası 2023/2024 mövsümünə yeni adla başlayacaq.
Komanda.az xəbər verir ki, həmin vaxt turnirin baş sponsoru “Banco Santander”lə müqavilə başa çatacaq. La Liqanın yeni adı bu ilin avqustunda açıqlanacaq. Məhz həmin vaxt yeni sponsorla müqavilə imzalanacaq. Növbəti sponsorla 5 illik müqavilə bağlanacaq.
İspaniya mətbuatı iddia edir ki, yeni sponsor qlobal əhatəyə malik çox güclü bir şirkət olacaq. Çempionatın yeni sponsoru azarkeş kütləsinə ciddi təsir göstərməyi planlaşdırır. Bu əməkdaşlıqdan sonra La Liqanın illik gəliri də atacaq. Xatırladaq ki, La Liqa son beş ildə sponsor gəlirlərini 300 faiz artırıb. 2016/2017 mövsümündə La Liqa 50 milyon avro gəlir götürüb. 2021/2022 mövsümündə isə gəlir 155 milyon avroya yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin