“Yeni müqavilə imzalamayacam” – “Borussiya” rəsmisi
Dortmund “Borussiya”sının baş direktoru Hans-Yoahim Vatske klubla müqaviləsini yeniləməyəcək.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, bu barədə mütəxəssis öz açıqlamasında bildirib. O, 2025-ci ilin yayına qədər nəzərdə tutulan sözləşməsi başa çatdıqdan sonra Almaniya təmsilçisini tərk edəcəyini deyib:
“Yeni müqavilə imzalamayacam. Gələn ilin payızında direktor vəzifəsini tərk edəcəm”.
64 yaşlı funksioner 2005-ci ildən “Borussiya”nın baş direktoru vəzifəsində çalışır. Bu müddət ərzində “Borussiya” 2 dəfə Bundesliqanın qalibi olub, 3 dəfə Almaniya kubokunu qazanıb və Çempionlar Liqasının finalına yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin