Yeni müqaviləyə razılaşdılar
“Real” müdafiəçisi Eder Militao ilə müqavilə müddətini 2028-ci ilə qədər uzadacaq.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, “kral klubu” futbolçunun maaşını da ciddi şəkildə artırmağa hazırlaşır. Klub rəhbərliyi ilə futbolçunun nümayəndələri arasında görüş yaxın günlərdə baş tutmalıdır. Yeni müqavilə artıq razılaşdırılıb və tərəflər xırda detalları həll edib, sənədləri imzalamalıdırlar.
24 yaşlı futbolçu 2019-cu ilin yayında “Portu”dan 50 milyon avroya “Real”a keçib. Braziliyalı müdafiəçi 2021/22 mövsümündə Madrid klubunun heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin