Yeni müqavilə istəyir
İsveçli hücumçu Zlatan İbrahimoviç “Milan”la yeni müqavilə imzalamaq istəyir.
Komanda.az “calciomercato.com”-a istinadən xəbər verir ki, futbolçu yaxın vaxtlarda Milan rəhbərliyi ilə danışıqlar aparacaq. Klub yeni müqavilədən imtina edərsə, Zlatan yeni komanda axtaracaq.
Hazırkı müqavilə 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
İbrahimoviç 2020-ci ildən İtaliya klubundadır. O, daha əvvəl 2010-2012-ci illərdə də “Milan”da çıxış edib. Ümumilikdə, o, “qırmızı-qaralar”ın heyətində 163 oyun keçirib, 93 qol vurub, 35 məhsuldar ötürmə edib.
İbrahimoviç zədə səbəbindən 2022/23 mövsümünün çox hissəsini buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin