PSJ ilə yeni müqavilə? – Mbappe sualdan yayındı
Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe açıqlama verib.
Komanda.az xəbər verir ki, Liqa kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sent-Etyen”ə 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Fransa mətbuatına danışan futbolçu, Paris klubu ilə yeni müqavilə imzalamaq haqqında suala belə cavab verib:
“Hazırda mövsümün əsas hissəsi olan yanvar ayındayıq. Düşünürəm ki, yeni müqavilə ilə bağlı danışmaq üçün uyğun vaxt deyil. Klub da sakitdir, hamımız eyni istiqamətdə hərəkət edirik. Buna görə də, digər məsələlər barədə danışmağa ehtiyac görmürəm”.
Futbolçunun Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin