Yeni müqavilə bağladı, yeni qiymət qoydu, icarəyə verdi – “Barsa”

İspaniyanın “Barselona” klubu gənc yarımmüdafiəçisi Niko Qonsales ilə yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, 20 yaşlı futbolçu ilə 4 illik yeni sözləşmə imzalanıb.

İspaniyalı oyunçu azı 2026-cı ilin 30 iyununa kimi Kataloniya klubuna məxsus olacaq. Niko Qonsalesə qiymət də qoyulub. Yarımmüdafiəçini həmin vaxta kimi heyətinə qatmaq istəyən klub, bunun üçün “Barselona”ya 1 milyard avro ödəməlidir.

“Barselona” Niko ilə yeni müqavilə bağladıqdan sonra onu “Valensiya”ya icarəyə verib. Yarımmüdafiəçi 2022-23 mövsümünün sonuna kimi bu komandada icarədə olacaq.

Niko Qonsales “Barselona”nın öz yetirməsidir. O, 2021-ci ildən əsas komandada çıxış edirdi. Futbolçu doğma komandasında meydana çıxdığı 37 oyunda 2 qolla yadda qalıb. O, İspaniyanın U-21 yığmasında da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button