
37 yaşlı qapıçı ilə yeni müqavilə imzalanacaq
İtaliya A Seriyası təmsilçisi “Salernitana” qapıçısı Gilyermo Oçoa ilə yeni müqavilə imzalaya bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, artıq 37 yaşlı qolkiperlə danışıqlar başlayıb.
Oçoanın klubla hazırkı sözləşməsi 2023-cü ilin yayında başa çatacaq.
Meksikalı qapıçı karyerası ərzində İspaniyanın “Malaqa”, “Qranada”, Fransanın “Ayaçço” kimi klublarında forma geyinib.
O, ötən ilin dekabrından “Salernitana”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin