Yeni müqavilə təklif edib, qiymətini 1 milyard avroya qaldıracaqlar

“Real” yaxın aylarda yarımmüdafiəçisi Eduardo Kamavinqa üçün müqavilə təklifi hazırlayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən futbolçunun maaşı artırılacaq.

Fransalı yarımmüdafiəçi Premyer Liqa klublarının marağına baxmayaraq, Madrid klubunda qalmaqda qərarlıdır.

“Real”ın planı oyunçunun yenilənmiş müqaviləsinə daha yüksək sərbəst qalma məbləği bəndinin daxil edilməsidir. Dəqiq məbləğ yaxın vaxtlarda müzakirə olunacaq. Şayiələrə görə, bu, təxminən 1 milyard avro ola bilər.

Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 49 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Kamavinqanın “Real”la hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button