“Yeni müqavilə imzalamayacam” – “Borussiya” rəsmisi

Dortmund “Borussiya”sının baş direktoru Hans-Yoahim Vatske klubla müqaviləsini yeniləməyəcək.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, bu barədə mütəxəssis öz açıqlamasında bildirib. O, 2025-ci ilin yayına qədər nəzərdə tutulan sözləşməsi başa çatdıqdan sonra Almaniya təmsilçisini tərk edəcəyini deyib: 

“Yeni müqavilə imzalamayacam. Gələn ilin payızında direktor vəzifəsini tərk edəcəm”.

64 yaşlı funksioner 2005-ci ildən “Borussiya”nın baş direktoru vəzifəsində çalışır. Bu müddət ərzində “Borussiya” 2 dəfə Bundesliqanın qalibi olub, 3 dəfə Almaniya kubokunu qazanıb və Çempionlar Liqasının finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button