
Yeni mövsümün başlama vaxtı açıqlandı
Futbol üzrə Braziliya çempionatında yeni mövsümün təqvimi müəyyənləşib.
Komanda.az xəbər verir ki, sözügedən ölkədə mövsümə avqusun 8-də start veriləcək.
Bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Oyunlar həftədə iki dəfə olmaq şərtilə keçiriləcək. Mövsüm 2021-ci ilin fevralında yekunlaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin