
La Liqaya yüksələn ikinci klub bilindi
Yeni mövsümdə İspaniya La Liqasında mübarizə aparacaq daha bir klubun adı məlum olub.
Komanda.az xəbər verir ki, bu, “Hueska”dır. Sequndanın 41-ci turunun “Numansiya” ilə oyununda qələbə qazanan “Hueska” sona bir tur qalmış elitaya vəsiqəni təmin edib.
41 oyunda 67 xal toplayan “Hueska” çempionatda 2-ci sıradadır. Bundan əvvəl lider “Kadis” La Liqaya vəsiqəni təmin etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin