MOİK heç-heçə, “Turan Tovuz” qələbə ilə başladı

Futbol üzrə Azərbaycan Birinci divizionunda yeni mövsümün 1-ci turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Turun açılış matçında Gəncə təmsilçisi “Kəpəz” səfərdə “Keşlə-2” ilə qarşılaşıb. Görüş, gəncəlilərin darmadağınıyla yekunlaşıb – 6:2. “Qarabağ-2” səfərdə “Sumqayıt-2″ni Daniel Romeronun son dəqiqələrdə vurduğu qolla məğlub edib. “Neftçi-2” isə “Sabah-2″dən üstün olub.

Tura bu gün keçirilən iki qarşılaşma ilə yekun vurulub. “Qaradağ Lökbatan” – MOİK matçında qalib müəyyənləşməyib. “Turan Tovuz” isə səfərdə “Zaqatala”dan üstün olub.

Birinci divizion, 1-ci tur

1 oktyabr

Keşlə-2 – Kəpəz 2:6
Qol:
Seymur Əsədov, 25. Nurlan Rzazadə, 90+2 – Tural Qürbətov, 24. Nodar Məmmədov, 42-pen. 58-pen. Ümid Səmədov, 74. Orxan Abdullayev, 89. Fərid Məmmədov, 90+4
Qırmızı vərəqə: Fərid Nadirov, 41 (“Keşlə-2”).
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov

Sumqayıt-2 – Qarabağ-2 2:3
Qol:
Nəbi Məmmədov, 3. Rüstəm Hümbətov, 71 – Nihad Tamazov, 31. Rauf Hüseynli, 51. Daniel Romero, 90+1
Qırmızı vərəqə: Nurlan Quliyev, 34 (“Sumqayıt-2”).
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Teymur Teymurov, Fərid Hacıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Neftçi-2 – Sabah-2 1:0
Qol:
Emin Zamanov, 6.
Qırmızı vərəqə: Abbas Ağazadə, 58 (“Sabah-2”)
Hakimlər: İnqilab Məmmədov, Ruslan Quliyev, Səbuhi Əmrahov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev

2 oktyabr

Zaqatala – Turan Tovuz 0:1
Qol: Aqşin Muxtaroğlu, 73.
Qırmızı vərəqə: Rüstəm Nuruyev, 83 – Vidadi Cəfərov, 78. Elmir Tağıyev, 90+2.
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Səbuhi Soltanov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala şəhər stadionu, 13:00.

Qaradağ Lökbatan – MOİK 1:1
Qol:
Tapdıq Əhmədov, 38 – Elvin Nəsibov, 11.
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button