“Yeni mövsümdə komandam daha da güclü olacaq”

PSJ-nin baş məşqçisi Luis Enrike yeni mövsümün startı öncəsi açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunu deyib:

“Yeni mövsümdə komandam daha da güclü olacaq. Rəqiblərimiz bizi məğlub etməyə çalışacaqlar, çünki biz Çempionlar Liqasının hazırkı qalibiyik”.

Paris klubu 2024/2025 mövsümündə dörd kubokun sahibi olub. Komanda Çempionlar Liqası, Liqa 1, Fransa kuboku və superkubokunda qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button