Premyer Liqaya yüksələn ikinci klub bilindi

Yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq daha bir klub bəlli olub.

Komanda.az xəbər verir ki, “Norviç”dən sonra “Uotford” komandası da elitaya vəsiqə qazanıb. Çempionşipin 44-cü turunda “Milluoll”u 1:0 hesabıyla məğlub edən “Uotford” sona iki tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.

Çempionşipdə lider olan “Norviç” və “Uotford” yeni mövsümdə Premyer Liqada çıxış edəcək. Elitaya yüksələn 3-cü klubun adına pley-off matçlarından sonra aydınlıq gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button