“Yeni mövsümdə də “Arsenal”ın qələbəsinə inanıram” – Keçmiş futbolçu

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill İngiltərə Premyer Liqasının yeni mövsümündə kimin çempion olacağı ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Keçən mövsüm “Arsenal”ın qələbəsinə inanırdım, yeni mövsümdə də onların qələbəsinə inanıram. Komanda hər il irəliləyir”.

Nevill, eyni zamanda, “Arsenal” üçün “Mançester Siti” ilə mübarizənin asan olmayacağını qeyd edib.

Hazırkı ölkə çempionu “Mançester Siti”dir. İngiltərə çempionatının yeni mövsümünün ilk turunda “Arsenal” “Vulverhempton”u qəbul edəcək. Oyun avqustun 17-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button