Yeni mövsümdə A Seriyasının formatı dəyişdirilə bilər

İtaliya A Seriyasının rəhbərliyi növbəti mövsümün formatında dəyişiklik etməyi düşünür.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, çempionatda 2020-21 mövsümü 12 sentyabrdan gec başlasa, formatda dəyişiklik edilərək, klublar iki yerə ayrılacaq. Hər qrupda 10 komanda yer alacaq və bununla da, onlar mövsümdə 38 deyil, 18 oyun keçirəcəklər. Ən yaxşı komandalar pley-off mərhələsində qarşılaşacaq və çempion bu üsulla müəyyən olunacaq.

Daha əvvəl İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina da növbəti mövsüm sentyabrın 12-dən gec başlanılsa, formatda dəyişiklik olacağını açıqlamışdı.

Koronavirus səbəbiylə dayandırılan A Seriyasının 20 iyunda bərpa olunması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button