La Liqaya yüksələn ikinci klub bilindi
Yeni mövsümdə İspaniya La Liqasında mübarizə aparacaq ikinci klub bəlli olub.
Komanda.az xəbər verir ki, “Espanyol”dan sonra “Malyorka” da elitaya vəsiqəni təmin edib. Sequndanın 40-cı turu çərçivəsində “Almeriya”nın “Kartagena”ya məğlub olmasından (2:3) sonra “Malyorka”nın La Liqada iştirakı dəqiqləşib.
“Malyorka” Sequndada sona iki tur qalmış 75 xalla ikinci pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin