Yeni mövsümdə ilk qol Salahlıdan gəldi

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün ilk qolu vuruldu.

Komanda.az xəbər verir ki, bu top 1-ci turun ilk oyununa təsadüf etdi. Mövsümün Sumqayıtda keçirilən açılış oyununda Azər Salahlı əlamətdar topun müəllifi kimi tarixə düşdü. O, “Sumqayıt” – “Keşlə” görüşünün 90+4-cü dəqiqəsində fərqləndi.

Qeyd edək Ki, Azərbaycan çempionatlarında sonuncu qol 166 gün öncə – martın 8-də vurulub. Həmin qola “Keşlə” ilə səfər matçının (2:0) 87-ci dəqiqəsində “Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç imza atıb. Həmin görüşdən sonra 165 günlük fasilə yaranıb.

Azərbaycan çempionatlarının ilk qolları

12345678
199203.05.1992Mehman AlışanovQarabağİnşaatçı S1:2e4
199327.02.1993Mehman BaxışovKürAvey2:0e6
1993/9425.09.1993Nazim ƏliyevXəzər SXəzri3:1e3
1994/95*07.08.1994Mehman İbrahimovPambıqçı Nİnşaatçı B1:0e25
  Məmməd İbrahimovPambıqçı BXəzər L1:1e25
1995/96**30.07.1995      
1996/9718.09.1996Qurban QurbanovNeftçiFərid3:0s5
1997/9814.09.1997Təbriz HəsənovQarabağSumqayıt1:0e8
1998/9915.08.1998İsmayıl MəmmədovKimyaçıNeftqaz8:3e4
1999/2000*29.10.1999Aqil MəmmədovKimyaçıOİK2:0e15
  Mahir ƏliyevŞəmkirDinamo2:0e15
2000/0105.08.2000Təbriz HəsənovQarabağAraz1:0e1
2001/0218.08.2001Qurban QurbanovNeftçiÜmid4:0s13
2003/0417.05.2003Dmitri KudinovQarabağ-AzərsunŞahdağ-Samur5:0e17
2004/0507.08.2004Aqil MəmmədovQarabağŞəfa5:1s21
2005/0612.08.2005Junivan SuaresTuranQarabağ2:1e14
2006/0705.08.2006Andre LadaqaBakıOlimpik1:0e70
2007/0811.08.2007Xaqani MəmmədovİnterMasallı3:0e34
2008/0909.08.2008Kənan KərimovQəbələNBC4:1e4
2009/1014.08.2009Oleq QvelisianiStandardMuğan0:1s53 (öz qapısına)
2010/1107.08.2010Baçana SxadadzeSimurqGəncə1:1s73
2011/1206.08.2011Con PeluRəvanKəpəz2:3s38
2012/1304.08.2012İrakli BerayaKəpəzTuran1:2e10
2013/1402.08.2013Mindauqas KalonasBakıQəbələ1:2e12
2014/1509.08.2014Rauf ƏliyevXəzər LənkəranAZAL1:1s35
2015/1609.08.2015Viktor İqbekoyiZirəAZAL1:0e5
2016/1706.08.2016Elvin BədəlovNeftçiAZAL2:0s60
2017/1811.08.2017Mahir MədətovQarabağNeftçi3:1s15
2018/1911.08.2018Mirabdulla AbbasovNeftçiSumqayıt2:0s27
2019/2016.08.2019İsmayıl İbrahimliQarabağKeşlə1:0s78
2020/2121.08.2020Azər SalahlıKeşləSumqayıt1:0s90+4

1 – mövsüm, 2 – tarix, 3 – ilk qolun müəllifi, 4 – komandası, 5 – rəqib, 6 – hesab, 7 – meydan, 8 – dəqiqə.

* – iki futbolçu eyni vaxtda qol vurub.

** – həmin mövsüm qolların dəqiqələri qeyd olunmadığından ilk qolu müəyyənləşdirmək mümkün deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button