Yeni mövsüm Azərbaycan 1-ci Liqasında iştirak edəcək növbəti klub müəyyənləşdi

Futbol üzrə Azərbaycan 1-ci Liqasını 10-cu sırada başa vuran “Araz Saatlı” klubu 2-ci Liqanın ikincisi “Cəbrayıl”la üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, 2024/2025 mövsümündə 1-ci Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ikinci görüşü Saatlıdakı Olimpiya Kompleksinin stadionunda baş tutub.

Qarşılaşma “Cəbrayıl” kollektivinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk görüşdə də 2:0 hesabı ilə qalib gələn Cavid Hüseynovun komandası yeni mövsümdən etibarən 1-ci Liqada iştirak etmək hüququ qazanıb.

“Araz Saatlı” isə 2024/2025 mövsümünə 2-ci Liqada start verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button