“Qarabağ” “Keşlə”yə 7 qolla qalib gəldi
Yeni mövsümə hazırlıqlarını Bakıda davam etdirən “Qarabağ” komandası bu gün “Keşlə” ilə yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, “Azərsun Arena”da keçirilən oyunda darmadağın qeydə alınıb. Ağdam təmsilçisi rəqibini 7 cavabsız qolla məğlub edib.
“Qarabağ” toplanışın ilk mərhələsini Bakıda keçirir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Keşlə”dən sonra iyunun 30-da “Sumqayıt”la qarşılaşacaq.
Toplanışın ikinci mərhələsi Avstriyada olacaq. 12 günlük hazırlıq müddətində 3 yoxlama oyunu planlaşdırılır. Komanda iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-nə nəzərdə tutulan oyunda isə rəqib isə Rusiya “Arsenal”ı (Tula) olacaq. Sonuncu rəqibin adına daha sonra aydınlıq gələcək.
Yoxlama oyunu
26 iyun
Qarabağ – Keşlə 7:0
Qol: Abdullah Zubir, 22. Xayme Romero, 28; 30. Musa Qurbanlı, 44; 47. Kadi Malinovski, 61. Hüseyn Hüseynzadə, 88.
Bizi Facebook-da izləyin