“Həm birinci, həm də ikinci hissədə çox yaxşı oynadıq” – Deşam
Fransa millisinin baş məşqçisi Didye Deşam AÇ-2024-ün seçmə mərhələsində Cəbəllütariq yığması ilə oyunu (14:0) şərh edib.
Komanda.az Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, o, komandasının oyunda çox yaxşı çıxış etdiyini deyib:
“Bu matçda həm birinci, həm də ikinci hissədə çox yaxşı oynadıq. Aydındır ki, Cəbəllütariq yığması üçün tam heyətlə oynamaq çətin idi. Bu, heç bir halda oyuna xələl gətirmir, hətta biz daha da effektiv oynaya bilsəydik… Amma bu yaxşıdır. Yeni məqsəd Yunanıstan millisi ilə oyundan sonra seçmə mərhələdə məğlubiyyətsiz qalmaq olacaq”.
Bu nəticə Fransa milli komandasının tarixində ən böyük qələbə olub. Fransızlar 21 xalla B qrupunda liderdirlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin