Yeni klubu rəsmən açıqlandı – Adı “Sabah”la hallanan futbolçunun
Braziliya millisinin keçmiş futbolçusu Vaqner Lavın yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, 38 yaşlı hücumçu karyerasını ölkəsində davam etdirəcək. Lav “Resife” klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Vaqner Lav son olaraq “Danimarkanın “Midtulland” klubunda çıxış edib.
Bir müddət əvvəl Vaqner Lavın Azərbaycanın “Sabah” klubuna keçəcəyi gündəmdə idi.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin