
“Yeni çağırış üçün xoşbəxtəm” – “Qarabağ”ın yeni transferi
“Qarabağ”ın yeni transferi Juninyo Vieira “instaqram” hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, 27 yaşlı braziliyalı yarımmüdafiəçi ona imkan tanıdığı üçün “köhlən atlar”a təşəkkür edib:
“Yeni çağırış üçün xoşbəxtəm. Əvvəlcə mənim və ailəmin həyatında etdiyi hər şeyə görə Allaha şükür etmək istəyirəm”.
“Qarabağ” Juninyo ilə üç illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin