
Yeni baş məşqçi Ronaldonu təriflədi
“Əl-Nəsr”in yeni baş məşqçisi Jorje Jesus komandanın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.
Komanda.az RTP-yə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, Ronaldonun unikal oyunçu olduğunu bildirib:
“Ronaldo unikal oyunçudur. 40 yaşında o, yüksək səviyyədə çıxış etməyə davam edir. Futboldan kənar həyatla bağlı oxşar fikirləri bölüşürük. 70 yaşım var, amma bunu nə psixoloji, nə də fiziki olaraq hiss edirəm. Ronaldo dünyaca məşhur bir simadır. Portuqaliyada biz onu düzgün qiymətləndirməyi başa düşmürük. O, əla futbolçudur”.
Səudiyyə Ərəbistanı çempionatı avqustun 21-də başlayacaq. Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. O, bu müddət ərzində 105 matçda iştirak edib, 93 qol vurub və 19 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



