
Yeni baş məşqçi ilə milli komanda üzərində qələbə
Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah”ın əvəzedicilərdən ibarət komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.
Rövşən Babayevin başçılığı altında ilk oyununu keçirən “Sabah-2”, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin