Yeni baş məşqçi gəldi, Simeonenin oğlu transfer edildi

İtaliyanın “Verona” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Qabriele Çoffi çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliyadan olan 46 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, ötən ay postundan ayrılmağa qərar verən İqor Tudoru əvəz edib.

Yeri gəlmişkən, “Verona” “Kalyari”dən icarəyə götürdüyü Covanni Simeoneni birdəfəlik transfer edib. 26 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün 10 milyon avro təzminat ödənilib.

Covanni Simeone “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button