Yenə zədələndi

Braziliyanın “Korintians” klubunun futbolçusu Paulinyo 2023-cü ilin sonuna qədər meydana çıxa bilməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin sol dizinin ön çarpaz bağı yırtılıb. O, yaxın günlərdə əməliyyat olunacaq.

Xatırladaq ki, “Barselona”nın keçmiş futbolçusu keçən il başqa zədə səbəbindən əməliyyat olunmuşdu. Buna görə, o, 7 ay futboldan kənar qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button