“Yenə xalsız qalmağımız utancvericidir”

Dortmund “Borussiya”sının baş məşqçisi Nuri Şahin Almaniya çempionatında səfərdə “Ayntraxt”a məğlubiyyəti (0:2) şərh edib.

Komanda.az Bundesliqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, türk çalışdırıcı fasilədn sonra komandanın daha inamlı oyun nümayiş etdirdiyini bildirib:

“İlk yarıda ən yaxşı şəkildə görünmədik, hərəkətlərimiz çox yavaş idi. Hiss olunurdu ki, rəqibimizdən bir addım geri qalmışıq. Fasilədən sonra komanda daha inamlı oyun nümayiş etdirdi və böyük güc sərf etdi. Yenə xalsız qalmağımız utancvericidir”.

“Borussiya” dünənki məğlubiyyətdən sonra Almaniya çempionatının turnir cədvəlində 25 xalla 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button