Yenə “Liverpul”, yenə rekord!

“Liverpul” İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Mançester Yunayted”i 2:0 hesabıyla məğlub edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar” bu qələbə sayəsində cari mövsümdə Premyer Liqada qazandığı xalların sayını 64-ə çatdırıb. Bu, “böyük beşlik” çempionatları arasında ən yaxşı göstəricidir. Çempionatda bir oyun az keçirən “Liverpul” 22 oyunda 64 xal toplayan ilk komanda olub.

Bundan başqa, Mersisayd klubu Premyer Liqanın son 31 oyununda mümkün olan 93 xaldan 91-ni qazanıb və 30 dəfə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button