Yemək zamanı telefon olmaz!
PSJ-nin yeni baş məşqçisi Kristof Qalte komandada nizam-intizam qaydalarını sərtləşdirib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Qalte PSJ-də yeni qaydalar müəyyənləşdirib. Qaydalardan biri futbolçulara yemək zamanı telefondan istifadənin qadağan edilməsidir. Bundan başqa, məşqə üzrlü səbəb olmadan gecikən futbolçular məşqə buraxılmayacaq və evə qaytarılacaq.
Bu yay Mauritsio Poçettino ilə yollarını ayıran PSJ baş məşqçi postuna Kristof Qalteni gətirib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin