Yeddi mövsümün ən böyükhesablı nəticəsi
Azərbaycan futbolunda son 7 mövsümün rekordu qeydə alınıb.
Komanda.az xəbər verir ki, bu, 2-ci Liqanın 10-cu turuna təsadüf edib.
“Dinamo”nu qəbul edən “Şahdağ Qusar” qonaqların qapısından 9 cavabsız top keçirib. Bu, son 7 mövsümdə PFL-in bayrağı altında keçirilən bütün yarışların ən böyükhesablı nəticəsidir.
Ən azı 9 top fərqli qələbə sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınmışdı. Təxminən 7 il, yəni 2554 gün əvvəl – 2016-cı il noyabrın 8-də 1-ci divizionda mübarizə aparan “Zaqatala” “Energetik”ə daha böyük fərqlə qalib gəlib – 10:0.
Qeyd edək ki, bir oyunda 9 qolun vurulmasına cari çempionatda ikinci dəfə təsadüf olunub. 2-ci liqada “Kür-Araz” “Kürmük Qax”ı 6:3 hesabı ilə məğlub edib. Bir komandanın ən azı 9 qol vurması isə son dəfə 2017/18 mövsümündə əvəzedicilər liqasında gerçəkləşib. “Qəbələ-2” “Sumqayıt-2”yə 9:1 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin