
Yazıqqq Santuş
Rəşad Ergün
Hans-Diter Flik Almaniya millisində uğurlu ola bilmədi. Amma “Bayern”lə, “Barselona” ilə öz möcüzələrini yaratdı.
Mənə görə – yəqin ağlı başında, futbolu anlayan hər kəsə görə – milli komanda baş məşqçilər üçün özlərini göstərmək baxımından əsl meydan deyil. Milli komandanın uğuru, nəticəsi klublarından gələn futbolçuların hazırlığından, səviyyəsindən asılıdır. Millidə işləyən baş məşqçi ən yaxşı halda oyunun gedişində vaxtında edilən əvəzetmələrlə nəticəyə təsir edə bilər. Vəssalam! Həqiqətən, vəssalam! Uzaqbaşı sənin Visente Del Boske kimi bəxtin gətirər, hələ də “tarixin ən yaxşı komandasıdırmı” sualı ilə fikirləri məşğul edən “Barselona” kimi bir klubun futbolçularınu milliyə çağırıb, özünə əziyyət vermədən beynəlxalq arenalarda çempionluqları bayram edə bilərsən. O İspaniya millisi var idi ha, dünya, Avropa çempionu olan o deyildi, “Barselona” idi.
Hə…
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşu yaşından dolayı nə qədər ələ salsaz da, məsxərəyə qoysaz da, günahkar o deyil. Günahkarlar “Qarabağ”dır, “Zirə”dir, “Sabah”dır, “Neftçi”dir… Azərbaycan klublarının hamısıdır.
Hə…
Onların da özlərinə görə səbəbləri, şikayətləri var.
Amma…
And olsun ki, Azərbaycan futbolunda, Azərbaycan millisinin uğursuzluğuna görə sonuncu günahlandırılacaq adamlardan biri Fernandu Santuşdur.
Bizi Facebook-da izləyin



