“Yazılanlar həqiqəti əks etdirmir” – “Neftçi” rəsmisi

Xarici KİV-də “Neftçi”nin rumıniyalı baş məşqçisi Laurentsiu Regekampfın komandadan ayrılacağına dair xəbərlər yer alıb.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Komanda.az-a açıqlamasında, Regekampfın klubdan mümkün gedişi ilə bağlı məlumatlara aydınlıq gətirib:

“Bu məsələ ilə bağlı sonuncu mətbuat konfransında baş məşqçi açıqlama verdi. Bildirdi ki, “Neftçi” ilə müqaviləm var və bütün fikrim komanda ilə bağlıdır.

Hazırda hansısa klubla danışıqlar aparılmayıb. Yazılanlar həqiqəti əks etdirmir”.

Regekampfın Rumıniyanın “Universitatya Krayova” klubu ilə prinsipial razılıq əldə etdiyi məlumatı yayılıb.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button