Yayda “Napoli”dən ayrıla bilər
“Napoli”nin hücumçusu Dris Mertens bu yay klubu tərk edə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol klubunun rəhbərliyi hələ ki, 34 yaşlı belçikalı futbolçuya yeni müqavilə təklif etməyib.
Mertensin “Napoli” ilə müqaviləsi bu ilin yayında başa çatacaq. O, azad agent kimi “Napoli”dən ayrıla bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin