Yayda müqaviləsi bitəcək ən bahalı 11 futbolçu – SİYAHI

“Transfermarkt” portalı 2023-cü ilin yayında müqaviləsi başa çatacaq ən bahalı oyunçulardan ibarət simvolik komandanı təqdim edib.

Komanda.az xəbər verir ki, rəmzi komandanın ümumi bazar dəyəri 349 milyon avro təşkil edib.

Qapıçı: David de Xea (“Mançester Yunayted”, 15 milyon avro);

Müdafiəçilər: Aleks Qrimaldo (“Benfika”, 25 milyon avro), Evan Ndika (“Ayntraxt”, Frankfurt, 32 milyon avro), Milan Skrinyar (“İnter”, 60 milyon avro), Nelson Semedo (“Vulverhempton”, 15 milyon avro);

Yarımmüdafiəçilər: Adrien Rabyo (“Yuventus”, 30 milyon avro), Daiçi Kamada (“Ayntraxt”, Frankfurt, 30 milyon avro), Yuri Tilemans (“Lester”, 30 milyon avro);

Hücumçular: Markus Türam (“Borussiya”, Münhenqladbax, 32 milyon avro), Kərim Benzema (“Real”, 35 milyon avro), Lionel Messi (PSJ, 45 milyon avro).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button